Pan Qi Mun Bakıya gələcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Pan Qi Mun Bakıya gələcək

Pan Qi Mun Bakıya gələcək


BMT-nin Baş Katibi Pan Qi Mun və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser Bakıya səfər edəcək

AzNews.info xəbər verir ki, 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT SA-nın 7-ci Qlobal Forumunda iştirak etmək üçün BMT-nin Baş Katibi Pan Qi Mun və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser Bakıya səfər edəcək.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, medya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Qeyd edək ki, sözegedən forumun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *