Azərbaycanlı general: "Metsamoru darmadağın edərik" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Azərbaycanlı general: "Metsamoru darmadağın edərik"

Azərbaycanlı general: "Metsamoru darmadağın edərik"


"Azərbaycan ordusu dördgünlük müharibə zamanı ermənilərə və onların havadarlarına göstərdi ki, ordumuz yüksək səviyyədə təşkil olunub, istənilən an işğaldan azad etməyə qadirdir. Ermənilər sonuncu döyüşlərdə ağır məğlubiyyətə düçar oldular. Odur ki, erməni tərəfi nəticə çıxararaq, işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməlidir”.

Bu fikirləri AzVision.az-a sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev qoşunların təmas xəttində baş verən dördgünlük müharibənin nəticələrini şərh edərkən bildirib.

Eks-nazir son hadisələrdən sonra düşmənlə informasiya müharibəsinin aparıldığını, ermənilərin qorxu içində olduğunu deyib. "İnformasiya müharibləri çox önəmlidir. İkinci dünya müharibəsində də informasiya müharibəsi az rol oynamayıb. Ona görə də, ermənilər ümid edirlər ki, yalan danışmaqla nəsə əldə edəcəklər. Bu, mümkün deyil. Dördgünlük müharibə yalnız ermənilərə yox, bütün dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi”.

General-mayor D. Rzayevin sözlərinə görə, ordumuz Zakir Həsənovun rəhbərliyi altında daha da inkişaf edib: "Müdafiə naziri Zakir Həsənov bağlı fikirlərim çox yüksəkdir. İnanıram ki, Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan ordusu daha da inkişaf edəcək və yüksək nailiyyətlər qazanacaq. Onun potensiyalı yüksəkdir və savadlı bir sərkərdə kimi ordumuza rəhbərlik edir. Əgər bizim Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev Zakir Həsənovu nazir vəzifəsinə təyin edibsə, demək ki, o buna layiq adamdır. Mən Zakir Həsənovu lap əvvəldən tanıyıram. Biz onunla tədbirlərdə qarşılaşırdıq”.

Eks-nazir, həmçinin qeyd edib ki, son döyüşlər zamanı Azərbaycan ordusu şəhidlər versə də, illər sonra qələbə sevincini yaşa bildik: "Müharibə şəhidsiz olmur. Tarixən bu belə olub, şəhid verməsən, qələbə qazana bilmərsən. Azərbaycan ordusu bu gün öz mövqelərində möhkəm dayanıb və hər an erməni təxribatına yüksək səviyyədə cavab verir. Bu gün ordumuz ən müasir silahlara malikdir. Əgər Ali Baş Komandan gün əmr versə Azərbaycan ordusu öz sözünü deyəcək və torpaqlarımız işğaldan azad ediləcək”.

D. Rzayev qeyd edib ki, Ermənistan rəhbərliyi vəziyyətdən çıxmaq üçün yalan və gülməli iddialara əl atır.

"Ermənistanda vəziyyət çox ağırdır. Məhz bu səbəbdən onlar yalan informasiya ilə əhalini sakitləşdirməyə çalışırlar. Hər gün etiraz aksiyaları keçirirlər. Sarkisyanın istefası tələb olunur. Ermənilər artıq Qarabağın onlara lazım olmadığını başa düşürlər. Çünki Qarabağ Ermənistan torpağı deyil. Qarabağ Azərbaycana məxsusdur.

Sarkisyan 18 yaşına çatmamış gəncləri güllə altına göndərir. Bu da onların şəxsiyyətləridir. Əgər erməni generallarının, ordunun başında dayananların şəxsiyyətləri olsaydı, yalan danışmazdılar. Onlar birinci növbədə özlərini, daha sonra xalqı aldadırlar”, - deyə keçmiş müdafiə naziri vurğulayıb.

General-mayor Migəçevir su anbarının vuracaqları ilə bağlı düşmənin hədələrinə sərt reaksiya verib: "Bizim Hava Hücumundan Müdafiə Qüvvələrimizin hazırlıq səviyyəsi çox yüksəkdir. Buna görə də ermənilər heç vaxt Mingəçeviri vura bilməzlər. Ermənilər bilməlidirilər ki, biz onları məhv edərik. Biz də METSAMOR AES-i vurarıq. Amma biz heç vaxt ermənilərə qoşulub, belə ifadələr işlətmirik. Onsuz da həmin stansiya bütün Qafqaz, qonşu dövlətlərə qarşı bir təhlükədir. Biz ermənilər kimi şantajla məşğul deyilik. Hesab edirəm ki, əgər lazım gəlsə, Azərbaycan ordusu həmin atom elektrik stansiyasını vurar. Bu zaman ermənilər Azərbaycan ordusunun nələrə qadir olduğunu daha yaxşı başa düşər”.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *