Şahnazaryan: Rusiya əsgərini Qarabağda qurğuşunla qarşılayacaqlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Şahnazaryan: Rusiya əsgərini Qarabağda qurğuşunla qarşılayacaqlar

Şahnazaryan: Rusiya əsgərini Qarabağda qurğuşunla qarşılayacaqlar


Ermənistan diplomatik sferada nə etməlidir? Əlavə edim ki, bu gün, xüsusilə də üzv olduğumuz sturkturlarda KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və AİƏİ-də (Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı) müttəfiqimizin olmadığını anlayaraq, müttəfiq tapmaq çox vacibdir.

Hərəkət etməli olduğumuz istiqamət Xaçatur Kokobelyanın təşəbbüsüdür. Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqından çıxma prosesinə başlamaq lazımdır, çünki orada müttəfiqimiz yoxdur. Və sadəcə müttəfiq tapmaq lazım deyil, həm də düşmənlərimizi və onların müttəfiqlərini zərərsizləşdirmək lazımdır. İlk növbədə, bu, Rusiyaya aiddir, biz onunla daima ünsiyyətdə olmaq məcburiyyətindəyik, bu digər rəqiblərə də aiddir – Pakistana, Türkiyəyə, məcburən əlaqə qurmalı olduğumuz digər ölkələr də var.

Oxu.Az xəbər verir ki, bu barədə “1in.am” erməni saytına verdiyi müsahibəsində Ermənistanın xüsus xidmətlərinin sabiq rəhbəri analitik David Şahnazaryan dördgünlük müharibənin yekunlarını şərh edərkən bildirib.

D.Şahnazrayan Ermənistan üçün acınacaqlı nəticələrə gəlib:

“Biz dəqiq anlamalıyıq ki, biz indi sırf özümüzə güvənməliyik və təkbaşına statusunda olmalıyıq; biz anlamalıyıq ki, hər iki ssenari üzrə müharibə qaçılmazdır. Mən müharibənin qaçılmaz olduğunu söylədim və biz müharibəyə hazırlaşmalıyıq. Bizi üç sahədə iş gözləyir: qısa olaraq dedim diplomatiya, ikinci sahə - hərbidir. Düşünürəm ki, bizim ali komandanlığın tərkibini, generaliteti təzələmək lazımdır”.

Bununla yanaşı, D.Şahnazaryan nəyə görəsə öz ölkəsini işğalçı siyasətinin bədbəxt nəticələrinin səbəbini Rusiyada görür:

“Biz, həmçinin silahlanma məsələmizi də həll etməliyik, mövzud olan natarazlığı artırmaq üçün Rusiya əlindən gələni etdi, bu, əlbəttə, həlledici amil deyil, amma mahiyyəti böyükdür.

Hər üç istiqamət bir-biri ilə əlaqədardır. Üçüncü istiqamət – daxili işlər, iş üsuludur. Ermənistan hakimiyyətinin həm daxili, həm də xarici işdə rəhbər tutduğu təfəkkür, bütün siyasi sahə buna gətirib çıxardı. Nə Rusiya, nə Türkiyə, nə də digər ölkələr biz özümüz dəyişmədikcə dəyişməyəcəklər”.

Müsahibənin sonunda D.Şahnazaryan Rusiya və rusiyalı sülhməramlıların ünvanına açıq təhdidlər edib:

“Düşünürəm ki, Lavrov da, Rusiya silahlıları da və ümumiyyətlə, bütün sülhməramlılar “DQR”da duz-çörəklə deyil, güllə ilə qurğuşunla qarşılayacaqlar. Beləliklə bizim vaxtımız yoxdur, müharibə qaçılmazdır və biz bir olaraq çıxış etməliyik, hakimiyyət nə edəcəyini qərara almalıdır. Keyfiyyəcə dəyişmək lazımdır”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *