Medvedev: Rusiya Türkiyə ilə müharibəyə başlaya bilərdi
Türkiyə Rusiyanın Su-24 təyyarəsinə hücum edərək müharibəyə başlamaq üçün əsas verdi, amma Rusiya hakimiyyəti simmetrik cavab addımına getmədi.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı baş nazir Dmitri Medvedev bildirib.
“Türkiyəyə gəldikdə isə, biz sizinlə başa düşürük ki, bu, sözün əsl mənasında sanksiya deyil. Bu özlüyündə dövlətin müdafiə reaksiyasıdır. Bizim təyyarə məhv edildikdən sonra.
XX əsrdə bu qəbildən olan hadisələrdə dövlətlər necə hərəkət edirdilər? Müharibə başlanırdı. Çünki bu, birbaşa olaraq xarici dövlətə hücumdur”, - Medvedev Rusiya telekanalına verdiyi müsahibədə bildirib.
“Təbii ki, indiki vəziyyətdə müharibə şəraiti baş verə biləcək ən pis haldır. Ona görə də türklərin bütün beynəlxalq normaları pozan hərəkətinə simmetrik cavab addımı atmamaq qərarı qəbul edilib.
Onlar mahiyyətcə bizim ölkəyə qarşı aqressiya nümayiş etdirmişdilər. Beynəlxalq hüquq dilində “casus belli”dir, yəni onlar müharibənin başlanması üçün əsas olan hərəkəti etmişdilər. Rusiya rəhbərliyi, ölkə prezidenti buna getmədi”, - o qeyd edib.
“Amma biz onlara bunun cavabını verəcəklərini göstərməli idik. Məhz bu səbəbdən də vətəndaşların təhlükəsizliyi baxımından bu qərarlar qəbul edilib”, - baş nazir izah edib.
Mənbə:> Oxu.Az