“Türk axını” yerində sayır: Medvedev Ankaranı ittiham edir » AzNews.info -Xəbər portalı

“Türk axını” yerində sayır: Medvedev Ankaranı ittiham edir

“Türk axını” yerində sayır: Medvedev Ankaranı ittiham edir


Rusiya və Türkiyənin “Türk axını”na dair hökumətlərarası razılaşması haqqında danışıqlarının ləngiməsi Türkiyənin daxilindəki siyasi problemlərlə əlaqədardır – ölkədə hakimiyyət formalaşdırılmayıb.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev “Radio i televideniye Sloveniya” (RTV Slovenija) teleradio şirkətinə verdiyi müsahibədə “Türk axını”nın inşası ətrafındakı vəziyyəti belə şərh edib.

Medvedev xatırladıb ki, “Türk axını” “Cənub axını”nı əvəz edib.

“Cənub axını” Brüsseldəki bürokratiyanın qurbanı oldu, vəssalam. Təəssüf ki, bu, belə oldu. Biz onu realizə etməyə hazır idik, bir çox hazırlıqlar da etmişdik, pul da sərf edilmişdi, artıq dənizin dibində inşaat işlərinə hazır idik, amma Brüssel məmurları onu razılaşdıra bilmədiklərini bildirdilər, işi uzatdılar. Bolqarıstan qərar qəbul edə bilmədi və layihə öldü”, - nazir şərh edib.

İldə 63 milyard kubmetr qaz gücü olan “Türk axını” layihəsi Rusiya qazının Ukrayna tranzitinin əvəzinə, Türkiyənin qərbinə və Avropanın cənubuna çatdırılmasını təmin edəcək. Rusiya sahilində dəniz borusunun inşası iyulun əvvəlində başlamalı idi.

Borudöşəyən gəmi Anapada lövbər salıb. İki həftə öncə “Qazprom” layihənin realizəsinə dair bir sıra işçi və kommersiya məsələlərində razılığın əldə edilməsinin mümkünsüzlüyünə əsaslanaraq gözlənilmədən tikintinin podratçısı “Saipem” ilə müqaviləni pozdu.

Amma bu sahədə olan mənbələr müqavilənin ləğvinin əsl səbəbi kimi Ankara ilə danışıqların çıxılmaz vəziyyətə düşməsini göstərirdilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *