Kivirikaşvili yardım üçün ABŞ-a gedir
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bu gün ABŞ-a səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Səfər dörd gün davam edəcək. Kvirikaşvili Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşəcək. Bundan başqa, baş nazirin ABŞ-ın ən məşhur biznesmenlərlə görüşü də gözlənilir.
Qeyd edək ki, bu ilin iyulunda NATO-nun Varşava sammiti baş tutacaq. Gürcüstan bu sammit çərçivəsində NATO-ya üzv qəbul ediləcəyinə ümid edir. Üstəlik, son günlər Rusiya tərəfindən təzyiqlərin artması Tiflisin müdafiə imkanlarını azaldır.
Mənbə:> Axar.az