Böyük güclərin Qarabağ toqquşması » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Dünya

Böyük güclərin Qarabağ toqquşması

Böyük güclərin Qarabağ toqquşması


Dağlıq Qarabağda yeni eskalasiya gözləntisi yüksəkdir.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Kiyev Tayms” nəşri yazıb. Politoloq Pavel Silin hesab edir ki, münaqişə zonasında vəziyyət gərgin olaraq qalır:

“Toqquşmaların yenidən başlanması qorxusu var. Azərbaycan tərəfi öz gücünü sonuna qədər nümayiş etdirəcək. Çünki hazırda ölkə daxilində vətənpərvərlik hissi böyükdür və xalq bu məsələdə liderini dəstəkləyir. Ermənistanda isə bunun əksinədir”.

“Politica.ua” saytı isə diplomatik mənbəyə istinadən yazır ki, Kreml regiona öz geosiyasi maraqlarının təminatçısı kimi baxır.

“Bu regionda siyasi maraqlarla yanaşı, iqtisadi maraqlar da cəmləşir. Xüsusilə Cənub Qaz Dəhlizi və İpək Yolu kimi böyük layihələri fonunda bu maraqlar toqquşur”, - mənbə bildirir.

Kremlin ideoloqu hesab olunan politoloq Aleksandr Duqinin açıqlaması da bu kontekstdə diqqət çəkir.

Duqin iddia edir ki, Dağlıq Qarabağda İranla Rusiyanın maraqları birləşir:

“Onlar Yaxın və Orta Şərq ərazisindən ABŞ-ın çıxarılması üçün bu münaqişədə birləşə bilərlər. İran Suriyada Əsəd hakimiyyətini dəstəkləyir. Ona görə də ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanının koalisiyasında yer almayacaq. Lakin Qərbin təzyiqinə qarşı dura bilməyən İran nüvə dəstəyinə malik deyil və onun müasir silahı azdır. Buna görə də Dağlıq Qarabağ məsələsində Rusiyaya dəstək verməklə İran arxa planda Moskvada yeni silahlar almaq istəyir”.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *