Qərb koalisiyası hücuma keçdi
ABŞ-ın liderliyi ilə qurulan Qərb koalisiyası Suriyada İŞİD mövqelərinə hava zərbəsi təşkil edib.
Axar.az xəbər verir ki, əməliyyat nəticəsində strateji məntəqələr bombardman edilib, xeyli terrorçu öldürülüb.
Digər tərəfdən, İŞİD terrorçularının Türkiyənin Kilis vilayətinə hücumu davam edir. Yanvarın 9-undan bəri Türkiyə Silahlı Qüvvələri 370 İŞİD üzvünü məhv edib.
Mənbə:> Axar.az