Türkiyədə siyasi partiya sədrindən ermənilərə dəstək
Türkiyədə separatçı kürdlərin dəstəklədiyi Xalqların Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş növbəti dəfə ermənipərəstliyini nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, Demirtaş iştirak etdiyi tədbirdəki çıxışında, bu gün (24 aprel) 101 əvvəl erməni “soyqırımının” başladığı gündür deyib. İzmir şəhərindəki tədbirdə kürd lider, 1915-ci il qırığınında qətlə yetirilən hər kəsi andıqlarını ifadə edib.
“Bu qurultayımızı, çox çətin bir prosesdə bizə inanan insanların böyük gözlənti içində olduğu bir dövrdə keçiririk. Bu gün 101 il əvvəl "erməni qırğınının", “soyqırımının” başladığı gündür və 101 ildir Hrant Dink demişkən ermənilər bu torpaqlarda öldürüldüklərini, kürdlər bu toraqlarda yaşadıqlarını sübut etməyə çalışırlar. Biz bu il 1915 ittihad tərəqqi anlayışının günahını daşımağa məcbur deyilik.”
Demirtaş Türkiyə dövlətini və türkləri bu “həqiqətlə” üzləşməyə dəvət edib. Öz hərəkətini “cəsarət” adlandıran separatçı siyasətçi bunun üzləşməyə səbəb olacağına ümid etdiyini bildirib.
“Keçmişdə baş verən xətalarla üzləşərək gələcəyə daha etimadla baxa bilərik. 1915 hadisələri bu torpaqlarda həqiqi bir üzləşməyə layiqdir. Sadəcə bu torpaqlarda yaşayan ermənilər üçün yox, hamımız üçün bu üzləşmə vacibdir. Əks təqdirdə saxta müsavilik, saxta qardaşlıq, vətəndaşlıq anlayışı ilə hara qədər gedə bilərik? Qardaşlıqdırsa içi dolu olmalı, həqiqi olmalıdır. Müsaviliyin içi dolu olmalı, boş qalmamalıdır. 1915 qırğınında qətlə yetirilən hər kəsi yad edirik. Ümid edirik ki, bu cəsarət özü ilə üzləşməni də gətirəcək.”
Türkiyədə HDP-dən olan siyasətçilərin və ermənilərin qarşılıqlı olaraq bir-birlərinə dəstək verməsi artıq intensiv hal alıb.
Mənbə:> ANSPRESS