HDP lideri üslubunu dəyişdirdi: “Cənab Ərdoğan...” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

HDP lideri üslubunu dəyişdirdi: “Cənab Ərdoğan...”

HDP lideri üslubunu dəyişdirdi: “Cənab Ərdoğan...”


Seçkidən əvvəl ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana diktator deyən Xalqın Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş növbəti dəfə üslubunu dəyişib. ANS PRESS-in məlumatına görə, növbəti dəfə prezident üsul idarəsini tənqid edən Demirtaş Ərdoğana qarşı şəxsi ədavətləri olmadığını deyib:

“Prezident üsul idarəsində təkid edilməsi sistemin tıxanmasına, gərginliyin çoxalmasına yol açır. Yəni, xalqın istəmədiyini həyata keçirməyin bir mənası yoxdur. Bu, şəxsi mövzu, şəxsi məsələ deyil. Biz cənab Ərdoğana qarşı şəxsi ədavətimiz olduğu üçün bu sistemə qarşı çıxmırıq. Prezident üsul idarəsini bu günkü Türkiyə şərtlərində həyata keçirmək olmaz. Biz bunu AKP-yə qarşı xüsusi ədavətimiz olduğu üçün tənqid etmirik. Türkiyə xalqlarının mənfəəti üçün hər cür ortaq addımı atmağa hazırıq. Təkrar üstündən xət çəkərək vurğulayıram ki, bizim cənab Ərdoğana qarşı nə şəxsi ədavətimiz, nə də şəxsi mövqeyimiz var”.

Xatırladaq ki, bundan əvvəl seçkinin nəticələrini dəyərləndirən Demirtaş partiyasının baryeri keçməsini təmin edən dəstək barədə “əmanət səslər” – demiş, fikrini, “Bizə əmanət səs verənləri utandırmayacağıq” – sözləri ilə ifadə etmişdi.

Daha sonra Kandildən gələn xəbərdarlıqla geri addım atan Səlahəddin Demirtaş, “Bariyeri əmanət səslərlə keçmədik” – demişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *