KİV: İŞİD-çilər suriyalı hərbi pilotu əsir aldılar
İŞİD yaraqlıları aprelin 22-də Dəməşqin əyalətində qəzaya uğrayan Suriya HHQ təyyarəsinin pilotunu əsir götürdüklərini bəyan ediblər.
Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Məlumata görə, hərbi təyyarəni məhz ekstremistlər vurub.
Xatırladaq ki, daha öncə Suriya hərbi təyyarəsi MiQ-23 Dəmşq əyalətində Ad-Dumeyr aerodromundan havaya qalxdıqdan dərhal sonra qəzaya uğramışdı.
Yerli KİV-in məlumatına görə, hadisə mühərriklərin texniki nasazlığı ucbatından baş vermişdi.
Mənbə:> Oxu.Az