Rus qırıcısı vuruldu
Rusiya ihtehsalı olan Miq-23 hərbi təyyarəsi Suriyada qəzaya düşüb. ANS PRESS-in məlumatına görə, bu barədə insan hüquqları üzrə Suriya missiyasına istinadən “Reuters” xəbər verib.
Hərbi təyyarə Dəməşq şəhəri ərazisində qəzaya uğrayıb. Agentliyin məlumatına görə, qəzanın səbəbləri hələ təyin edilməyib. Təyyarənin qəzası İŞİD terror qruplaşması tərəfindən nəzarət edilən Dəməşqin cənub-qərb ərazinin üstündə uçuşundan sonra baş verib. İlkin ehtimala görə, təyyarə İŞİD terror qruplaşması tərəfindən vurulub. Ölən və yaralanan barədə məlumat verilmir.
Dəməşq ərazisində qəzaya düşən Miq-23 qırıcısının Suriya Hərbi Hava Qüvvələrlərinə məxsus olub. Bu barədə "İnterfaksa" agentliyinə Suriya Silahlı qüvvələrində olan mənbə bildirib.
"Təyyarə təzəliklə təmirdən çıxıb və plan uçuşunu edirdi. Təyyarə vurulmayıb. O texniki nasazlığa görə, qəzaya düşüb. Pilot vaxtında katapulta vasitəsilə təyyarəni tərk edərək xilas olub”, - deyə mənbə qeyd edib.
“Xmeymim” Rusiya təyyarə bazasının nümayəndəsi Suriyada olan Rusiya aviaqrupunun bütün təyyarələrinin hazırda bazada olduğunu bildirib.
Sonuncu dəfə martın 13-də Suriya Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcısı Hama əyalətindəki hərbi aerodromun yaxınlığında vurulub. Hərbi təyyarə vurulduqdan sonra pilot özünü xilas etmək məqsədilə katapulta vasitəsilə təyyarəni tərk edə bilsə də, yerdən açılan atəşlə öldürülüb. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Suriya üzrə atəşkəs razılığı fevral ayının 22-də Rusiya və ABŞ arasında aparılan danışıqlardan sonra əldə olunub. Moskva və Vaşinqtonun birgə bəyanatda qeyd olunur ki, atəşkəs razılığı Rusiyada və dünyanın müxtəlif ölkələrində terrorçu qruplaşma kimi tanınan İŞİD və "Əl-Qaidə" terror təşkilatının bir qolu olan "Ən-Nusra Cəbhəsi"nə qarşı qüvvədə deyil.Suriyada atəşkəs fevralın 27-dən qüvvəyə minsə də bu günə kimi ölkədə aparılan hərbi əməliyyatlar zamanı terrorçularla yanaşı dinc sakinlər də həyatını itirir.
Mənbə:> ANSPRESS