İran və Səudiyyə Ərəbistanın mövqeyi neftin qiymətini aşağı salır » AzNews.info -Xəbər portalı

İran və Səudiyyə Ərəbistanın mövqeyi neftin qiymətini aşağı salır

İran və Səudiyyə Ərəbistanın mövqeyi neftin qiymətini aşağı salır


Dohada görüşün nəticələrinə görə, neft bazarı mühüm siqnal aldı.

Səudiyyə Ərəbistanının İranın iştirakı olmadan sazişi təsdiqləməkdən imtina etməsi səbəbindən neftin hasilatının dondurulması sövdələşməsi baş tutmadı.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Qeyd edildiyi kimi, ilkin olaraq Ər-Riyad sazişin bağlamasının imkanlarını bəyan etmişdi, amma Doha da sərt mövqe tutaraq, əsas regionla rəqibinin iştirakı olmadan sazişi dəstəkləməkdən imtina etdi.

“Sonunda Səudiyyə Ərəbistanının neft siyasəti son dərəcə siyasiləşdirilmiş oldu”, - “Energy Aspects”in baş analitiki Amrita Sen qeyd edib.

Rusiya və İran da daxil olmaqla neft hasilatının dondurulmasını dəstəkləyən ölkələr artıq rekord səviyyədə neft istehsal edirdilər və çətin ki, sazişin alınmaması tələbat və təklifin nisbətini dəyişə bilsin.

Amma qiymətin azalmasına koordinasiyalı cavab dağıdıcı oldu. Görüşün nəticələrinə görə, neft bazarı mühüm siqnal aldı: hər bir ölkə öz maraqlarından çıxış edəcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *