Şəhid mayorumuz Zakir Həsənovun sabiq mühafizəçisi imiş…
Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftcala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz açıb.
1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.
Türkiyə Cümruhiyyətində “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarında, habelə “Anadolu-2007”, “Anadolu Qartalı -2007” birgə taktiki təlimlərində, Pakistanda “Ləpirçi və antiterrorist” kurslarında, İsveçrə krallığında “Dağ təlimi” kursunda, Rumuniya Respublikasında “Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib.
2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.
Xidməti müddətində 6 medalla təltif olunan az saylı hərbçilərdən olub. “Genştab”da son kursda oxuyurdu (general olmağa real namizədlərdən idi).
Bundan başqa bir müddət Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub, daha sonra öz istəyi ilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıdıb, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra edib.
Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə kursant vaxtı məhrum prezident Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev tərəfindən iki dəfə qəbul edilib və ona qiymətli saat bağışlanıb.
Mayor Samid İmanovun başçılıq etdiyi dəstələr onun yüksək komandirlik bacarığının sayəsində düşmənə ağır zərbələr vurmuşdular, dəfələrlə düşmənin arxasına kecmiş, komandanlığa çox vacib materiallar çatdırmışdılar. Qeyd etdiyim kimi o, 6 medala layiq görülüb, silahlı qüvvələrimizin ən bacaraqlı zabitlərindən biri olub.
2014-ci il avqust ayında erməni təxribatının qarşısın almaq ücün Samidin dəstəsi əməliyyat kecirmiş, 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar.
2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş dağlar qartalı zabitimizin son döyüşü olub.
Samid və komandiri polkovnik-leytenant Murad Mirzəyevin(şəhid olub) başcılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısının almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər, 100-ə yaxın erməni əsgəri sıradan çıxarılıb.
Atışmada qəhrəman zabitimiz çiynindən və ayağından yararalanıb. Samid bu gün yaşıya bilərdi bəlkə də, onda yüksək zabit və komandirlik qüruru olmasaydı. Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi ücün qəti göstəriş verib.
Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq tez zamanda yenidən ora qayıdıb, ama komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Buna baxmayaraq cəsur komandirin cəsur əsgərləri həyatlarını riskə ataraq günün-günorta cağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur komandir mayor Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün özü də ordan uzaqlaşıb. Bir kolluqda maskalanıb, aldığı yaralardan qan axması olduğu üçün onu yuxu aparıb. Uzanaraq yatıb, vətəni, milləti üçün gözlərini birdəfəlik yumub.
Samid bu gün aramızda olmasa da onun yetişdiriyi oğullar yağı düşməndən şəhid qardaşlarımızın qisasını alacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!!!
Mənbə:> Yenilik.az