"7 rayondan 5-i Azərbaycana qaytarılır, Azərbaycan isə..." » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

"7 rayondan 5-i Azərbaycana qaytarılır, Azərbaycan isə..."

"7 rayondan 5-i Azərbaycana qaytarılır, Azərbaycan isə..."


"Hazırda Dağlıq Qarabağ münaqişəsinin qismən diplomatik həlli üçün əlverişli şərait yaranıb. Ermənistan və Azərbaycan müvəqqəti tarixi güzəştlərə gedə bilərlər".

Brifinq.az Mir.az saytına istinadən xəbər verir ki, bunu Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Politoloqun sözlərinə görə, münaqişənin qismən diplomatik həlli hazırlanmasında Dmitri Medvedevin də iştirak etdiyi Kazan prinsiplərinin həyata keçirilməsi ilə mümkün ola bilər.

"Prinsiplərin mahiyyəti ondan ibarətdir ki, Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır. Ermənistan isə bunun əvəzində həmin rayonların hərbisizləşdirilməsini, sərhədə sülhməramlı qüvvələrin yeridilməsini əldə edir ki, bu, sülhə daha möhkəm təminat verir. Bundan savayı, Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır", - Markov belə deyib.

Onun sözlərinə görə, bu həll yolu münaqişə iştirakçılarının əksəriyyətini qane edir.

"Bu ssenarinin gerçəkləşdirilməsinə iki həftədən sonra da başlamaq olar", - ekspert bildirib.

Mənbə: Brifinq.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *