Moqerini Qarabağ münaqişəsinin nə qədər təhlükəli olduğundan danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Moqerini Qarabağ münaqişəsinin nə qədər təhlükəli olduğundan danışdı

Moqerini Qarabağ münaqişəsinin nə qədər təhlükəli olduğundan danışdı


Dağlıq Qarabağda olan vəziyyət münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında deyib.

“Ötən ay Ermənistan və Azərbaycana səfərim zamanı Dağlıq Qarabağda olan vəziyyət mənim diqqət mərkəzimdə olub. Sonuncu dəfə bu məsələ 2011-ci ildə plenar iclasda müzakirə olunub. İndi bu məsələni müzakirə etmək çox faydalı olacaq, çünki Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir”, - deyə Moqerini bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı münaqişənin nizamlanması üçün səylərini artıracaq:

“Bu münaqişə regional təhlükəsizlik üçün təhlükə yaratmağa davam edir, hər iki ölkənin və bütün regionun inkişafı üçün maneədir. Cənubi Qafqaz Avropa İttifaqı üçün vacib bir regiondur, çünki o, Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *