İran Dağıstana 2 milyard yatırır
İranın "Xamraxian" şirkəti Rusiyanın Dağıstan Respublikası ərazisinə 2 milyard dollar investisiya yatıracaq.
Axar.az xəbər verir ki, bu barədə Dağıstan hökumətinin rəsmi saytında məlumat yayılıb.
"Bu səfər çərçivəsində şirkətin maraqları, vergi ilə bağlı bəzi məsələləri öyrənmək lazımdır, həmçinin etibarlı maliyyə dəhlizinin yaradılması imkanları da önəmlidir. Bu gün Dağıstanda layihələrin inkişafı üçün şirkətimiz 2 milyard dollar sərmayə qoymaq niyyətindədir", - bu barədə şirkətin rəhbərləri Dağıstanın Baş naziri Abdusamad Həmidovla görüşü zamanı bildiriblər.
Mənbə:> Axar.az