Sumqayıtda daha bir şəhid torpağa tapşırıldı – VİDEO+FOTO
Cəbhədə ermənilərlə döyüşdə şəhid olan 1996-cı il təvəllüdlü əsgər Baxşəliyev Rəşid Əliağa oğlu bu gün Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron, Zəngilan və Qubadlı İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhid torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilən döyüş bayrağı yaxınlarına təqdim olunub. Dəfndə "Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirilib.
Qeyd edək ki, şəhid Baxşəliyev Rəşid Əliağa oğlu Abşeron Gənclər şəhərciyində yaşayıb. Şəhid olan əsgər bu ay tərxis olunmalı imiş.
Mənbə:> Xeberle.com