Saakaşvili Poroşenkoya qarşı çıxdı: "Ya sizlə, ya da..."
Ukraynanın Odessea vilayətinin qubernatoru Mixail Saakaşvili Prezident Pyotr Poroşenkodan ölkədə təcili islahatların keçirilməsini tələb edib.
Axar.az xəbər verir ki, Saakaşvili bu barədə Feysbuk hesabında məlumat yayıb.
"Biz gözləməkdən və boş vədlər eşitməkdən yorulduq, hələlik köhnə korrupsiya sistemi addımbaaddım qisasını alır. Bizim bir sıra tələblərimiz var, bunlarsız Odessanın inkişafı, eləcə də Ukraynanın yüksəlişi mümkün deyil", - Saakaşvili qeyd edib.
Saakaşvili prezidentdən xalqın etibar edəcəyi hökuməti formalaşdırmağı tələb edib:
"Odessanın oliqarxlara yaltaqlanan prokuroru Stoyanova vəzifədən kənarlaşdırılmalıdır. Şəhərin meri, Rusiya vətəndaşı da olan Truxanovun sahildən kənarda bir çox müəssisələri var. Bunlara qarşı tədbir görülməlidir. Belələləri ancaq talançılıqla məşğul olurlar".
Saakaşvili Poroşenkodan qəti tələb irəli sürüb:
"Biz daha gözləmək niyyətində deyilik, biz bu sistemi dəyişdirəcəyik, ya bu hakimiyyətlə, ya onsuz!"
Mənbə:> Axar.az