Saakaşvili özündən şikayət etdi
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili özündən şikayət etmək üçün dekabrın 10-da Ukrayna Milli Korrupsiya əleyhinə Bürosunun ofisinə gəlib.
Oxu.Az “Ukraynskaya Pravda”ya istinadən xəbər verir,Gürcüstanın sabiq prezidenti böhtan və informasiya müharibəsi ittihamlarına belə cavab verib.
“Mən bura, baş nazir Arseniy Yatsenyukun tərəfdarları tərəfindən mənə qarşı söylədikləri ittihamların yoxlanılması üçün gəlmişəm”, - Saakaşvili qeyd edib.
Mənbə:> Oxu.Az