Popov: Qarabağ münaqişəsi tərəfləri danışıqlara hazırdır
Dağlıq Qarabağ münaqişəsi tərəfləri barışığın saxlanılmasına hazır olduqlarını nümayiş etdirirlər.
Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
“Qarabağ münaqişəsi tərəfləri münaqişənin nizamlanması üzrə danışıqlara hazırdır və ya onlar heç olmazsa çərşənbə axşamı Moskvada əldə olunan barışığın saxlanılmasına hazır olduqlarını nümayiş etdirirlər”, — deyə o əlavə edib.
O qeyd edib ki, hazırkı mərhələdə əsas məsələ hərbi əməliyyatların təkrarlanmasının qarşısını almaqdır.
Mənbə:> Oxu.Az