“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi » AzNews.info -Xəbər portalı

“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi – FOTO

“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi


Hazırda Azərbaycanın quru qoşunlarının əsas zərbə qüvvəsi modernləşdirilmiş T-72 və bir müddət əvvəl Rusiyadan alınmış, bir sıra xüsusiyyətlərinə görə xaricə satılan “doxsanların” ən yaxşı versiyası olan T-90CA tanklarıdır.

Oxu.Az xəbər verir ki, bu barədə Vestnik-rm.ru portalının ordumuz haqqında hazırladığı yazıda bildirilir.

Həmin yazını təqdim edirik:

“İsrailli mütəxəssislərin köməyi ilə təkmilləşdirilmiş T-72A, T-72M1 tankları “Aslan” kod adını alıblar. Tankın apqreydinin (təkmilləşdirmə - red.) bu variantı gürcü T-72 SİM1-ə çox yaxındır.

“Aslan”ın standart T-72A və T-72M1-dən əsas fərqi nişangah komplekslərinin xeyli təkmilləşdirilməsidir. Belə ki, quraşdırılmış teplovizorların sayəsində tuşlayıcı və tank komandiri gecə şəraitində effektiv döyüş hərəkətlərini həyata keçirmək imkanı əldə ediblər.

“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi
“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi
“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi


Rəqəmsal ballistik hesablayıcı hədəfədək olan məsafə, döyüş sursatının tipi və digər xüsusiyyətlərindən başqa həm də külək sensorunun məlumatlarını da hesablamağa başlayıb ki, nəticədə hərəkətdə olan zaman açılan atəşin dəqiqliyi artıb.

Tankların sürücü-mexanikləri gecə və pis işıqlı şəraitdə idarəetmə üçün teploviziya cihazları ilə təchiz olunublar.

Keçmiş sovet radiostansiyalarının əvəzinə isə NATO standartları rabitə vasitələri quraşdırılıb. “Özünkü-özgəninki” sensoru, GPS naviqasiya sistemi quraşdırılıb.

Lakin böyük sayda yeniliklərə baxmayaraq, hərbi ekspertlərin rəyinə görə, müasirləşdirilmiş “Aslan” bir sıra xüsusiyyətlərinə görə müasir tələblərə cavab vermirdi.
Məsələn, kifayət qədər olmayan müdafiə səviyyəsi – tankda birinci nəsil dinamik müdafiə sistemi quraşdırılıb ki, bu da müasir tandem kumulyativ döyüş sursatlarına qarşı effektsiz və kalibraltı mərmilərə qarşı tamamilə gücsüzdür.

Güc qurğusu qismində köhnə, 780 at gücündə olan mühərrik saxlanılıb ki, bu da münasib hərəkətlilik xüsusiyyətlərini təqdim etmir.

Nəticədə “Aslan”la bağlı məyus olan Azərbaycan Silahlı Qüvvələri Rusiyadan müasir T-90CA tanklarının böyük partiyasını almaq qərarına gəldilər və ilk tədarük 2013-cü ilin iyununda başladı. Ümumilikdə 100-dək belə maşın alınıb.

“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi
“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi
“Uçan” T-90CA və T-72 “Aslan” – Azərbaycanın zərbə qüvvəsi


Bu tanklar teplovizorla təchiz edilmiş müasir atəşin idarə edilməsi sistemlərinə malikdirlər. Düşmən tankının 5 km-dək məsafədə məhv edilməsi üçün lülədən buraxılan idarəolunan raketlərin tətbiqi mümkündür. Bəzi məlumatlara görə, tanklarda hədəfin müşayiəti avotmatları quraşdırılıb ki, bu hətta Rusiyanın T-90A tanklarında yoxdur.

Azərbaycan mahiyyət etibarilə öz ordusu üçün yüksək dəqiqlikli mərmilərin optik-elektron yayındırılması komplekslərini kütləvi şəkildə almış ilk xarici dövlət oldu, və ən əsası, bu sistemlər Rusiya ordusunda olanlardan daha təkmil versiyadadırlar.

Kondisionerlərin olması isti iqlim şəraitində T-90CA ekipajlarının işini xeyli asanlaşdırır. Bu, ekipajın yaşam şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Təəssüf ki, Rusiya ordusunun tankları hələlik kondisionerlərlə təchiz olunmur.

Hərbi ekspertlərin rəyinə görə, Azərbaycanın müasriləşdirilmiş T-72 və T-90CA tankları nəinki erməni ordusunda, hətta Rusiyanın bu regionda yerləşən bazasının silahlanmasında olan tanklardan xeyli üstündür”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *