Müharibə yenidən başlayır: ERMƏNİLƏR MEDVEDYEVİN SƏFƏRİNİ GÖZLƏYİR.. » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Müharibə yenidən başlayır: ERMƏNİLƏR MEDVEDYEVİN SƏFƏRİNİ GÖZLƏYİR..

Müharibə yenidən başlayır: ERMƏNİLƏR MEDVEDYEVİN SƏFƏRİNİ GÖZLƏYİR..


Terror təşkilatlarının Xankəndinə toplanmasının səbəbi üzə çıxır, düşmən Qarabağda genişmiqyaslı müharibəyə hazırlaşır

Azərbaycan Ordusunun son hücumlarından sonra əldə etdiyi uğurlar artıq Ermənistan hakimiyyətində qorxu yaratsa da, «mif» tərəfdarları bununla barışmaq istəmirlər. Ermənistan prezidenti Serj Sarkisyanın son açıqlamalarından da aydın şəkildə görünür ki, onlar Qarabağda müharibənin yenidən başlanmasını istəmirlər. Ona görə ki, bu dəfəki savaş erməni ordusunun tamamilə sıradan çıxmasına səbəb ola bilər.

Amma erməni diasporu, xüsusən də xaricdə qərarlaşmış erməni terror təşkilatlarının rəhbərləri mövcud vəziyyəti həzm edə bilmirlər. Onların artıq Qarabağa gəldikləri və tərəfdarları ilə birlikdə Azərbaycanı hədələyən bəyanatlar verdiyi müşahidə olunur. Hətta ASALA terror təşkilatının liderləri Xankəndinə gələrək, orada yeni müdafiə batalyonları təşkil edəcəklərini və dünyadakı terrorçu erməniləri başına yığaraq, «mübarizə» aparcaqlarını bildirirlər.(jam.az)Artıq Azərbaycan tərəfi həm üstünlüyünü qoruyur, həm də faktiki gedişata nəzarət edən tərəf kimi çıxış edir. Xüsusən də, Ağdarə, Füzuli və Ağdam cəbhələrində ermənilərin birinci müdafiə xəttinin yarılmasından sonra bu üstünlük daha da artmağa başlayıb.
Hərbi mənbələrdən gələn xəbərlərə görə, son günlər Azərbaycan tərəfinin atəşkəs elan etməsinə rəğmən, ermənilərin yenə də Ordumuzun və mülki əhalinin yaşıdığı mövqeləri atəşə tutması isə səbəbsiz deyil. Yuxarıda da qeyd etmişdik ki, erməni tərəfi məğlubiyyəti ilə barışmaq istəmir və mövcud durumu həzm edə bilmir.

Hərbi mənbələrdən daxil olan məlumatlara görə, Moskvada əldə olunmuş anlaşmaya rəğmən, Ermənistan tərəfi, daha doğrusu, Qarabağda qərarlaşmış terror dəstələri yeni hücum planı üzərində çalışırlar. Bildirilir ki, bu dəfə hücum planını terror təşkilatları ilə «DQR»in «özünümüdafiə» batalyonları hazırlayırlar. Hədəf isə Azərbaycan Ordusu tərəfindən bir neçə gün əvvəl geri alınmış mövqeləri geri qaytarmaq, ardından digər rayonlardan da torpaq işğal etməkdir. Son məğlubiyyətdən qəzəblənən və buna görə də, xəyallarla yaşayan erməni tərəfi güman edir ki, bu dəfə Azərbaycandan daha çox torpaq ala biləcək.

Gələn xəbərlərdə o da vurğulanır ki, Qarabağa gəlmiş erməni terror təşkilatları yerli «könüllülərlə» birlikdə formalaşdıracaqları briqadaları İrəvanın tabeçiliyinə vermək istəmirlər. Onlar Ermənistandan yalnız hərbi yardım istəyirlər ki, bunun da onlar üçün kifayət edəcəyini deyirlər. JAM.AZ-a hərbi mənbələrdən verilən bilgilərdə qeyd edilir ki, təkbaşına hərəkət etmək fikrində olan erməni terrorçu dəstələri yaxın günlər üçün hücumlara başlamaq fikrindədirlər.

«Uyğun vaxt» məsələsinə gəldikdə isə bunun Rusiyanın baş naziri Dimitri Medvedyevin İrəvan və Bakıya səfərindən sonraya təsadüf edəcəyi deyilir. Mənbələrin dediyinə görə, Azərbaycan tərəfindən artıq bununla bağlı yetərli qədər kəşfiyyat məlumatı var və lazımi tədbirlər görülməkdədir.

Bəs, Azərbaycan tərəfi hansı tədbirlər görür? Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Azərbaycan Ordusu yüksək döyüş əzminə malik olmaqla yanaşı, Qarabağı düşmən tapdağı altından azad etməyə qadirdir. Elə son hərbi əməliyyatlar da təsdiqlədi ki, Ermənistan ordusu duruş gətirə bilmir və məğlubiyyətə məhkumdur.

Ermənilər yenidən hücuma keçərsə, Azərbaycan Ordusu bu dəfə də onlara layiqli cavablarını verəcək. Döyüşlər isə Xankəndi şəhəri azad olunana qədər davam edəcək. Düşmənin böyük itiklər verəcəyi, məğlubiyyət acısı yaşayacağı isə kimsədən şübhə doğurmur.

Mənbə: Jam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *