Düşmən əks-hücuma keçdi: 10 erməni tankı məhv edilib » AzNews.info -Xəbər portalı

Düşmən əks-hücuma keçdi: 10 erməni tankı məhv edilib – RƏSMİ

Düşmən əks-hücuma keçdi: 10 erməni tankı məhv edilib


Zakir Həsənov orduya yeni əmr verdi.

Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir.

Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.
"Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ermənilərin bu istiqamətdə fəaliyyətinin qarşısı alınıb. Düşmən tərəfi eyni zamanda qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizi və hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri də intensiv atəşə məruz qoyub. Müdafiə naziri yaşayış məntəqələrimizin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verib”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *