Erməni hərbçilər: "Serj, Qarabağı sahibinə qaytar" – VİDEO
Serj, Qarabağ bizim ərazimiz deyil. Ora heç sənin də ərazin deyil. Bu, Azərbaycanın torpağıdır və biz başqasının torpağı uğrunda ölmək istəmirik.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan ordusunun hərbi qulluqçusu Qrant Markosyan "Azadlıq" radiosunun erməni xidmətində müsahibəsində deyib.
Radionun bir neçə ay öncə hazırladığı reportajda Ermənistanda gənclərin Qarabağda döyüşmək istəmədikləri deyilir.
"Gənclər başqasının torpağına görə ölmək istəmirlər və hərbi xidmətdə olanların əksəriyyəti könüllü sürətdə Azərbaycan tərəfinə keçirlər. Onlar Azərbaycana keçərək, üçüncü ölkəyə getmək imkanından istifadə edirlər. Erməni ordusunda belə bir deyim var: "Dağlıq Qarabağ Azərbaycanın torpağıdır". Onlar öz canları bahasına bu torpaq uğrunda döyüşmək istəmirlər", - deyə reportajda bildirilir.
Reportajda Ermənistan ordusunun hərbi qulluqçusu Qrant Markosyanın fikirlərinə yer verilir.
"Serj, Qarabağ Azərbaycanın torpağıdır. Ora nə bizim, nə də sənin deyil. Biz başqasının torpağına görə ölmək istəmirik. Bu torpaqları sahibinə - Azərbaycana qaytar. Çünki ora heç vaxt bizim olmayıb", - deyə hərbi qulluqçu açıq şəkildə bildirilir.
Radio əlavə edir ki, erməni hərbiçiləri Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Azərbaycana keçərək, Qərb ölkələrində sığınacaq alırlar: "Ən pis halda onlar qonşu Gürcüstana sığına bilirlər".
Mənbə:> Publika.az