Merkel: Almaniya Qarabağ danışıqlarının bərpasına görə məsuliyyət daşıyır
Təmas xəttində monitorinq aparılması vacibdir.
Berlində səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Frank Valter Ştaynmayerlə görüşüb.
Oxu.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdən sonra keçirilən brifinqdə A. Merkel bildirib ki, Almaniya ATƏT-ə sədrlik edən dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və danışıqların bərpasına görə məsuliyyət daşıyır.
Ştaynmayer isə danışıqlar prosesinin bərpası və qoşunların təmas xəttində monitorinqin aparılmasının vacibliyini önə çəkib.
Mənbə:> Oxu.Az