Ermənilər Əsgəran və Xankəndini tərk edir – VİDEO
Əsgəran rayonunda yaşayan ermənilərlə polis qüvvələri arasında toqquşma baş verib, mülki şəxslər arasında xeyli sayda yaralıların olduğu bildirilir.
Lent.az-ın məlumatına görə, bu barədə məlumatı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıb.
Məlumatlarda bildirilir ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndinə getmək istəyiblər. Hüquq-mühafizə orqanları isə əhalini rayondan çıxmağa qoymayıb. Nəticədə polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib.
O da bildirilir ki, hazırda Xankəndinin giriş-çıxışında da postlar qurulub və camaata rayonu tərk etməyə icazə verilmir.
Mənbə:> Lent.az