Sosial şəbəkələrdə Ohanyana ünvanlanmış gizli məktub yayıldı – FOTO
Sosial şəbəkənin erməni seqmentində qondarma “DQR”-in “müdafiə naziri” Levon Mnatsakanyanın Ermənistan müdafiə naziri Seyran Ohanyana məktubu yayılıb.
Oxu.Az xəbər verir ki, məktubda bildirilir ki, aprelin 2-də gecə saatlarında münaqişənin eskalasiyası nəticəsində, Əskəran, Ağdərə və Xocəvənd rayonlarının sakinləri yaşayış yerlərini tərk edərək, İrəvan istiqamətində hərəkət edir.
Əhalinin qarşısını almaq üçün Əsgəran şəhərinin çıxışında postlar quraşdırılıb.
Həmçinin, “müdafiə naziri” hərbi qulluqçular arasında ruh yüksəkliyinin düşməsinə və fərariliyin artmasından şikayət edib. Həmin hərbi qulluqçular axtarış nəticəsində tutularaq məcburi qaydada mövqelarinə qaytarılır.
Bundan başqa əhalinin kəndlərdə qalması üçün profilaktik tədbirlər həyata keçirilir. Verilmiş tapşırığa uyğun olaraq hərbi qulluqçuların mənəvi-ruh yüksəkliyini qaldırmaq məqsədilə müvafiq tədbirlər görülür”.
Mənbə:> Oxu.Az