Ermənilər döyüş bölgəsindən qaçırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ermənilər döyüş bölgəsindən qaçırlar

Ermənilər döyüş bölgəsindən qaçırlar


İşğal altındakı Ağdərə rayonu və kəndlərində erməni hərbi qulluqçusu və polislərdən başqa bütün mülki əhali yaşayış yerlərini tərk edib.

AzNews.info xəbər verir ki, APA-nın beynəlxalq mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti əhalinin, əsasən də gənclərin yaşayış məntəqələrini tərk etmələrinin qarşısı almaq məqsədi ilə Əsgəran şəhərinin çıxışında post yaradıb. Rayonu tərk edən əhali həmin postda saxlanılaraq təmas xəttindəki mövqelərə göndərilirlər.

Digər məlumatlara görə isə son hadisələrdə Ermənistan ordusunun 200-ə qədər hərbçisi ölüb və yaralanıb. Ermənistanın hərbi rəhbərliyi itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlayır.

Sosial şəbəkələrdə isə orduda xidmət edənlərin ailə üzvlərinin Ermənistan Müdafiə Nazirliyinin və hərbi komissarlıqlarının qarşısına toplanmış çoxlu sayda şəkilləri yayılıb. Onlar övladlarının taleyi barədə məlumat almaq üçün artıq iki sutkaya yaxındır ki, gözlədiklərini, lakin heç bir cavab ala bilmədiklərini yazırlar.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *