Ermənilərn döyüş meydanında qoyub qaçdıqları meyitlərin görüntüləri - FOTOLAR (18+)
APA-nın xəbərinə görə, görüntülərdən belə məlum olur ki, son günlər cəbhədə baş verən döyüşlərdə ermənilər məhv edilmiş hərbi qulluqçuların meyitlərini və silah-sursatlarını qoyaraq qaçıblar.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin son günlər cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatlar zamanı məhv edilən erməni hərbi qulluqçularının sayı günbəgün artır. Ermənistan siyasi və hərbi rəhbərliyinin itkilərin sayını təkidlə azaltmasına baxmayaraq, əldə olunan son dəqiq məlumatlara əsasən döyüş toqquşması zamanı Azərbaycan tərəfinin zərbələri nəticəsində 200-ə yaxın erməni hərbçi məhv edilib, 600-dək hərbi qulluqçu isə yaralanıb. Ölənlərin arasında general və polkovnik rütbəli hərbi qulluqçular da var.
Xatırladaq ki, ötən gün APA beynəlxalq mənbələrə istinadən Ermənistanın hərbi rəhbərliyinin cəbhə xəttindəki son insident zamanı məruz qaldıqları itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlaması barədə məlumat yayıb. İşğal altındakı Ağdərə rayonu və kəndlərində erməni hərbi qulluqçusu və polislərdən başqa, bütün mülki əhali yaşayış yerlərini tərk edib. Ermənistan hakimiyyəti isə əhalinin, əsasən də gənclərin yaşayış məntəqələrini tərk etmələrinin qarşısı almaq məqsədilə Əsgəran şəhərinin çıxışında post yaradıb. Rayonu tərk edən əhali həmin postda saxlanılaraq təmas xəttindəki mövqelərə göndərilir.
Mənbə:> bizimyol.info