Ağdamda iki dinc sakin yaralandı
Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın Ağdam rayonunun Ora Qərvənd kəndinin iki dinc sakini yaralanıb.
Bunlar 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğludur. Yaralılare baş nahiyələrindən xəsarət alıblar.
Hər iki sakin Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Mənbə:> APA