ANS düşmənin vurulmuş tanklarını göstərdi – VİDEO
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev cəbhədə baş verən ən son vəziyyət barədə səngərdən xəbər verib.
AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, Vahid Mustafayev bildirib ki o, Mir Şahin Ağayevdən fərqli olaraq cəbhənin digər istiqamətindədir:
“Burada da ayın 1-dən 2-sinə keçən gecə ermənilər tərəfindən genişmiqyaslı hücum təşkil edilmişdi. Azərbaycan yaşayış məntəqələrinə ağır texnika ilə başlayan bu hücum qarşısı burada alınıb. Digər tərəfin çox danışmasına baxmayaraq Azərbaycan əsgərinin danışmaq üçün imkanları və vaxtı olmadığı üçün, biz bu işi müvəffəqiyyətlə öz üzərimizə götürürük”.
Vahid Mustafayev daha sonra ermənilərin vurulan “T-72” tankının görüntülərini nümayiş etdirib və bildirib ki, görünən tank kalonda hərəkət edən ilk tank idi:
“Ondan sağ tərəfdəki isə ikinci tankdır. Onların arxasınca iki yüngül texnika olan “BMP 2” hərəkət edərkən Azərbaycan ordusu tərəfindən məhv edilib. Digər tanklar isə yerlərini dəyişərək ərazidən uzaqlaşıb”.
Xüsusi müxbir daha sonra qeyd edib ki, bu gecə də bu onun dayandığı istiqamətdə yox, məhz digər istiqamətdə erməni tərəfinin 4 tankı sıradan çıxarılıb və məhv edilib.
“Hazırda bütün ərazilər müdafiə olunur. Artıq bir neçə on kilometrlərlə irəli gedilib və torpaqlar geri qaytarılıb”.
Mənbə:> ANSPRESS