Erməni mətbuatı itkilərini açıqladı
Bir sıra erməni mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində verdikləri itkilər barədə yazıblar.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib.
Atəş zamanı 10-15 işğalçı və hərbi texnika məhv edilib.
Ermənistan mətbuatı yazır ki, martın 10-dan 11-nə keçən gecə Azərbaycan kəşfiyyat-təxribat qrupu cəbhə xəttini keçərək komanda mətəqələrindən birinə hücum etməyə müvəffəq olub.
“Hücum nəticəsində P-18, P-19 radiolakasiya stansiyaları və dizel generatoru məhv edilib. Komanda məntəqəsi tamamən sıradan çıxarılıb. İlkin məlumata görə, ən azı 15 hərbçimiz ölüb”, - Ermənistan KİV yazır.
Mənbə:> Oxu.Az