ABŞ-da Nüvə Təhlükəsizliyi üzrə Sammit işə başlayır
Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammit bu gün işə başlayır.
Oxu.Az xəbər verir ki, bu sammit ABŞ prezidenti Barak Obamanın vaxtikən təşəbbüs göstərdiyi bu qəbildən olan forumlar sırasında dördüncü və yekun sammitdir.
Amerika lideri yüksək səviyyədə keçirilən bu kimi görüşlərin təşkilini xarici siyasətdə əsas nailiyyətlərindən biri hesab edir.
Sammit bunadək Vaşinqton (2010), Seul (2012) və Haaqada (2014) keçirilib. Bu dəfə isə Amerika paytaxtına təqribən 50-yə yaxın nümayəndə heyəti gələcək. Onların əksəriyyətinə prezidentlər və ya baş nazirlər rəhbərlik edirlər.
Martın 30-da Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün ABŞ-a səfərə gedib.
Mənbə:> Oxu.Az