Fransız naziri hicablı qadınları qul zəncilərə bənzətdi
Fransanın qadınların hüquq məsələləri üzrə naziri Lorans Rossinyol kəskin tənqidə məruz qalıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, buna səbəb nazirin hicablı müsəlmanları “quldarlığı dəstəkləyən zəncilərlə” müqayisəsi olub.
O, Fransa televiziyasında çıxış edərkən hicab istehsal edən dəbli brendləri məsuliyyətsiz adlandırıb.
Onun sözlərinə görə, dəb “qadınları gizlənməyə məcbur edən diktatura ilə əməkdaşlıq etmək üçün yox” qadınlara azadlıq vermək üçündür.
Daha sonra o, “zənci” sözünü istifadə etməsini səhv olduğunu etiraf edib, amma bunu filosof Şarl Monteskyenin “Zənci qullar haqqında” əsərinə istinadən istifadə etdiyini vurğulayıb.
Minlərlə insan nazirin istefasına dair petisiyanı imzalayıb.
Hicab artıq uzun illərdir ki, Fransada qızğın mübahisəyə səbəb olur. Bu mübahisələr dövlət səviyyəsində də aparılır.
Fransa hakimiyyəti müəllim və şagirdlərə dövlət məktəblərində, eləcə də dövlət qulluqçularına istənilən dini rəmzləri daşımağı qadağan ediblər.
Mənbə:> Oxu.Az