Ermənistanda aksiyalar davam edir
İrəvanda “Yeni Ermənistan” blokunun keçirdiyi aksiyalar davam edir.
ATV.az-ın məlumatına görə, aksiyaçılar İrəvanın mərkəzi meydanına doğru yaxınlaşmağa cəhd edərkən polis onlara mane olub. Daha iki nəfər saxlanılıb. Nümayişçilərin əlindəki plakatların alınmasına cəhd edilib.
Bu dəfə aksiyaçılardan biri zəncirlə özünü asfalta birləşdirib. Digər aksiyaçılar da onun addımını təkrarlayarkən polisin müqaviməti ilə üzləşiblər. Qeyd edək ki, ötən gün aksiyalarda mitinq iştirakçılardan 14-ü saxlanılıb, biri isə ölümcül yaralanıb. Mitinqlərin keçirilməsində məqsəd ağır sosial vəziyyətə etiraz etməkdir.
Mənbə:> ATV.az