Obamanı Facebook-da hədələyən şəxs həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Obamanı Facebook-da hədələyən şəxs həbs olundu

Obamanı Facebook-da hədələyən şəxs həbs olundu


Viskonsin ştatının hakimi Uilyam Konli ötən ilin yayında ABŞ-da prezident Barak Obamanı Facebook-da hədələyən Brayan Datçeri 3 il müddətinə azadlıqdan məhrum edib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Datçer 2015-ci ilin iyununda Facebook-da yazıb ki, konstitusion hüququndan istifadə edərək Barak Obamanı La-Kross şəhərinə səfəri zamanı öldürəcək.

La-Kross kitabxanasının mühafizəçisi bildirib ki, Brayan Datçer ona prezidenti güllələmək niyyətindən danışıb. Yanvarda federal andlılar məhkəməsi Datçeri prezident Obamanı hədələməkdə təqsirli bilib.

2013-cü ilin iyununda Alabama sakini də sosial şəbəkədə Obamanın ünvanına yazdığı hədə bəyanatına görə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *