Ərdoğan Azərbaycanla bağlı protokolu təsdiqlədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Elektrik Enerjisi mübadiləsi zamanı yaranan borcların ödənilməsi ilə bağlı protokolu təsdiqləyib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, protokol 2012-ci ilin yanvar ayında Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanıb.
Protokolun təsdiq edildiyi gündən qüvvəyə mindiyi bildirilir.
Mənbə:> Oxu.Az