Azərbaycanlılar Roma Papasını tanımırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Maraqlı

Azərbaycanlılar Roma Papasını tanımırlar

Azərbaycanlılar Roma Papasını tanımırlar


“WIN Gallup International təşkilatı tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, Roma Papası Fransisk dünya liderlərindən daha məşhurdur.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, sorğuda 1000 nəfər iştirak edib. İştirakçılar 64 ölkəni təmsil edib.

Pontifik daha çox katoliklər və yəhudilər arasında populyardır. Katoliklərin 85%, yəhudilərin isə 65%-i Fransisk haqqında müsbət fikirdədir.

Coğrafi bölgüyə gəlincə, Roma Papasına daha çox Latın Amerikası, Şimali Amerika və Avropa İttifaqının üzvü olan ölkələrin (xüsusilə, İtaliya və Portuqaliya) əhalisi simpatiya bəsləyir.

Maraqlı fakt ondan ibarətdir ki, sorğuda iştirak edən azərbaycanlıların əksəriyyəti Roma Papası haqqında demək olar ki, heç nə bilmirlər.

Qeyd edək ki, əsl adı Xorxe Mario Berqolyo olan Fransisk 17 dekabr 1936-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə italyan miqrantların ailəsində doğulub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *