Ermənistan iqtisadiyyatının gəlir mənbəyi - Kazinolar, qumarxanalar
Ermənistan iqtisadiyyatı bu gün kazinoların hesabına təmin edilir, görünür əhali yeganə çıxış yolunu qumar oynamaqda görür.
ATV.az-ın məlumatına görə, bu başlıqlı məqaləni armenianreport saytı yayıb.
Bu ölkənin milli statistika idarəsinin verdiyi məlumatda bildirilir ki, ölkə iqtisadiyyatında ötən ildən bu ilə 0.62 faiz artım olub.
İdarənin apardığı hesablamalardan sonra müəyyən olub ki, bu artım məhz əyləncə sahəsi – özəlliklə də kazinolardan gələn gəlir hesabınadır. Bu açıqlamanı Beynəlxalq Valyuta fondunun Ermənistandakı missiyasının rəhbəri Mark Qorton da təsdiqləyib. O, bildirib ki, fondun araşdırmasına əsasən ötən il ermənistan kazinolarına baş çəkənlərin sayında kifayət qədər artım olub.
Mənbə:> ATV.az