Nazarbayev Bakıya gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Nazarbayev Bakıya gəlir

Nazarbayev Bakıya gəlir


Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il Azərbaycana səfər edəcək.

Oxu.Az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə prezidentin özü Azərbaycanın Qazaxıstana yeni təyin olunmuş səfiri Rəşid Məmmədovun etimadnaməsini qəbul edərkən məlumat verib.

N.Nazarbayev səfirlə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevdən rəsmi dəvət aldığını və böyük minnətdarlıq hissi ilə bu dəvəti qəbul etdiyini vurğulayıb.

“Azərbaycan Qafqaz regionunda bizim üçün strateji tərəfdaşdır. Biz enerji, logistika, kənd təsərrüfatı sahəsində fəal əməkdaşlıq edirik”, - N.Nazarbayev bildirib.

N.Nazarbayev, həmçinin Qazaxıstan və Azərbaycanın qədim tarixə gedib çıxan köklərə malik sıx əlaqələrinin olduğunu qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *