Türk əsgəri döyüşü bitirdi: 279 PKK yaraqlısı məhv edilib
Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda üç ay davam edən antiterror əməliyyatı başa çatıb.
Oxu.Az Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib.
“Surda antiterror əməliyyatı başa çatıb. Əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib, 206 barrikada yığışdırılıb, 365 partlayıcı qurğu zərərsizləşdirilib, 509 ədəd silah, 48 mindən çox patron, 10 radiostansiya və 3,47 kq partlayıcı maddə götürülüb”, - deyə məlumatda bildirib.
Əməliyyatın başa çatmasına baxmayaraq, PKK üzvlərinə qarşı reydlər, barrikadaların yığışdırılması davam etdirilir.
Mənbə:> Oxu.Az