Türkiyədə böyük əməliyyat: 60 PKK yaraqlısı məhv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Kriminal

Türkiyədə böyük əməliyyat: 60 PKK yaraqlısı məhv edildi

Türkiyədə böyük əməliyyat: 60 PKK yaraqlısı məhv edildi


Türkiyənin Cizrə bölgəsində keçirilən gecə əməliyyatları zamanı 60 PKK yaraqlısı məhv edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə xəbəri “TRT Haber” telekanalı yayıb.

Əməliyyatın Cizrədə bir-biri ilə əlaqəsi olan 6-7 binada aparıldığı bildirilir.

Qeyd olunur ki, səhərədək davam edən əməliyyatda məhv edilmiş terrorçuların sayı yaxın saatlarda dəqiqləşdiriləcək.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının “təslim ol” çağırışlarına atəşlə cavab verilib.

2 saata yaxın davam edən atışmada PKK-nın qərargah kimi istifadə etdiyi binanın əhatəsində 30-dan artıq terrorçunun məhv edilməsi barədə məlumatlar da daxil olmaqdadır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *