Azərbaycanlıya Rusiyada vəzifə verildi
Rusiyada azərbaycanlı mühüm vəzifəyə seçilib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, həmyerlimiz “Xalqlar Dostluğu” Xeyriyyə Fondunun prezidenti, Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü Araz Mürsəliyev Rusiya Xalqlar Assambleyası Şurası Ümumrusiya İctimai Təşkilatının sədr müavini seçilib.
Araz Mürsəliyev yeni seçildiyi vəzifədə Assambleyanın dövlət hakimiyyəti orqanları və yerli özünü idarəetmə orqanları ilə Rusiya Federasiyasının dövlət milli siyasəti sahəsində qarşılıqlı fəaliyyətini koordinasiya edəcək.
A. Mürsəliyevdən başqa Rusiya Xalqlar Assambleyasının sədrinin digər üzvləri Aleksandr Totonov və Tatyana Dolqareva seçiliblər.
A. Totonov Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin üzvüdür, Nataliya Dolqareva isə Udmurtiya Respublikasının başçısının Rusiya prezidenti yanında daimi nümayəndəsinin köməkçisi və Udmurtiya Respublikasının hökumət rəhbərinin müavinidir.
Qeyd edək ki, Rusiya Xalqlar Assambleyası Şurasının sədri Svetlana Smirnovadır. Onun müavini seçilən həmyerlimiz Araz Mürsəliyev həm də Rusiya Dövlət Dumasının millətlərlə iş üzrə Komitəsinin sədri Hacımət Səfərəliyevin köməkçisidir.
Mənbə:> APA