Prezident misirli həmkarına başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə siyasi xadim Butros Butros-Qalinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, Birləşmiş Millətlər Təşkilatının VI Baş katibi, görkəmli siyasi xadim Butros Butros-Qalinin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Mənbə:> Oxu.Az