Strateji Əməkdaşlıq Şurasını yaradacaqlar » AzNews.info -Xəbər portalı

Strateji Əməkdaşlıq Şurasını yaradacaqlar

Strateji Əməkdaşlıq Şurasını yaradacaqlar


Gürcüstan və Türkiyə hökumətləri mart-aprel aylarında Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə razılığa gəliblər.

Oxu.Az “Vzqlayad”a istinadən xəbər verir ki, bu barədə Tbilisidə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli orqanın fəaliyyəti çox vacibdir. Şuranın yaradılması barədə qərar Davosda Dünya İqtisadi Forumu çərçivəsində iki nazir arasında keçirilən görüşdə verilib. Ankara iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək və Gürcüstana ixracını artırmaq istəyir.

“Bizi çoxsaylı layihələr birləşdirir. Bu, Batumi hava limanı, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləridir. İlin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu da istismara veriləcək”, - Türkiyənin XİN rəhbəri bildirib.

Gürcüstanın strateji tərəfdaş olduğunu vurğulayan M.Çavuşoğlu NATO-nun iyulda Varşavada keçiriləcək sammitində Gürcüstana tam dəstək vəd edib. O, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini də bildirib.

Qeyd edək ki, cümə günü həmkarları ilə görüş üçün Azərbaycanın XİN rəhbəri də Gürcüstana səfər edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *