Dağlıq Qarabağla bağlı acı fakt
ATƏT-in Minsk Qrupu işində diqqət olmalı və əlverişsiz həll yollarından çəkinməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert ATƏT-in Minsk Qrupunun hazırkı fəaliyyəti ilə bağlı bəzi məqamlara diqqət çəkib:
“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu hələ də yeganə danışıqlar formatı olaraq qalır. Bu acı fakt göz qabağındadır. Minsk Qrupunun hazırkı səmərəsiz fəaliyyəti Azərbaycanı Dağlıq Qarabağ məsələsinin həll yollarını kənarda axtarmağa, başqa variantları nəzərdən keçirməyə vadar edir. Belə olan vəziyyətdə isə artıq Minsk Qrupu Dağlıq Qarabağ konfliktinin müzakirəsindəki rolunu da itirmiş olur. Artıq sözügedən formatın bu şəkildə saxlanılması kiçik təsəllidən başqa bir şey deyil”.
Mənbə:> Axar.az