Saakaşvili maaşının artırılmasına etiraz etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Saakaşvili maaşının artırılmasına etiraz etdi

Saakaşvili maaşının artırılmasına etiraz etdi


Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili maaşının artırılmasına etiraz edib.

Oxu.Az-ın məlumatına görə, Gürcüstanın sabiq prezidenti bu barədə Facebook sosial şəbəkəsində yazıb:

“Bu gün əmək haqqımın artırılması barədə məlumat aldım. Bu məni çox təəccübləndirdi. Hesab edirəm ki, Ukraynada məmurlar gördükləri işə görə layiqli əmək haqqı almalıdırlar, lakin nə mən, nə də ki mənim komandam burada pul üçün işləmirik. Bizim burada olmağımızın əsas səbəbi bu ölkənin gələcəyini daha parlaq etməkdir. Bu qərar mənim xəbərim olmadan qəbul olunub, mən heç vaxt adi işçilərin özlərinə bir qarın çörək almağa imkanları olmadığı ölkədə, öz əmək haqqımı qaldırmağa icazə verməzdim. Mən bu qərarı ləğv edirəm və günahkarlar mütləq cəzalandırılacaqlar”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *