İlham Əliyev Ermənistanla əməkdaşlıqdan danışdı
Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş Azərbaycan ərazilərini azad etdiyi təqdirdə Ermənistanla əməkdaşlığı istisna etmir.
“Azərbaycan və Ermənistanla əməkdaşlığı başlaması üçün Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesi başlamalıdır.
Bu, qarşılıqlı etibarın qurulması üzrə ən effektli tədbir olacaq”, - deyə, İ. Əliyev şənbə günü Münhen təhlükəsizlik konfransında çıxışı zamanı bildirib, AzNews.info İnterfaks-a istinadən xəbər verir.
Dövlət başçısı xatırladıb ki, Ermənistan Qarabağ münaqişəsinin nizamlanmasında status-kvonu saxlamaqda maraqlıdır, Bakı isə bunu yolverilməz hesab edir.
Mənbə:> Interfax.Az