Azərbaycan Nulandla bağlı araşdırmaya başladı
Xanım Viktoriya Nulandın AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin keçməməsi məsələsində rolunun olması araşdırılır.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallströmlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın Vaşinqtondakı səfirliyinə məsələni araşdırmaq tapşırılıb.
“Səfirlik araşdırır. Nəticə məlum olduqdan sonra açıqlama veriləcək”, - deyə XİN rəhbəri bildirib.
Mənbə:> APA